Baş səhifə
Son xəbərlər

UEFA Kuboku

Pley off

Tofiq Bəhramov ilə başlayan yol dəyişir

Batı Yar

Qitənin ən çox dəyişkənliyə məruz qalan nüfuzlu klub turniri daha bir yeni həyatına qədəm qoyacaq. 2005-ci ildən qrup yarışları təşkil edilən yarış indii də adını dəyişir. Avropa baş futbol qurumunda əmindirlər ki, yenilik  turnirə uğur və ən əsası möhkəm maliyyə dayaqları gətirəcək. Hər halda hələ ki, turnir sınaq müddətini yaşayır.

Tarixdən sətirlər

FİFA vitse-prezidenti olmuş isveçrəli Ernest Tommen sənaye yarmarkaları təşkil edən Avropa şəhərlərini futbol turniri ətrafında da birləşdirmək qərarına gəldi. Bu həm də futbolun populyarlaşması, genişlənməsi və s. bu kimi məqsədlər güdürdü. 1955-ci ilin aprelin 18-də start götürən Yarmarkalar Kuboku baş mükafatı Barselonaya yollanan ilk 2 yarışın hər biri 2 ilədək uzandı. 1971/72-ci illər mövsümündənsə baş mükafat uğrunda mübarizəyə "UEFA Kuboku" adı verildi və ilk qalib "Tottenhem" oldu. Yeri gəlmişkən, UEFA Kuboku adı altında keçirilən ilk finalın referisi mərhum hakimimiz Tofiq Bəhramov olmuşdu.

Ən nüfuzludan ortababa

Bu turnir qitənin ən mötəbər yarışı hesab edilirdi. Çünki yürüşə çempionatda yüksək yerləri tutmuş ən güclü klublar yollanırdı. İndi Kuboklar Kuboku UEFA Kuboku ilə birləşib, amma ən güclülər Çempionlar Liqasına yollandığından bu yarış əhəmiyyətsiz və maliyyəsi dar bir turnirə çevrilə bilərdi. Onu məhvdən qorumaq və gəlirli yarışa çevirmək üçün radikal addımlar atmaq məcburiyyəti məhz indiki formatın sınaqdan çıxarılmasına gətirib çıxardı.