Azərbaycan Premyer Liqada 22-ci turun oyunları davam edir.
Supersport.Az-ın məlumatına görə, bu gün daha iki oyun keçirilir.
Günün ilk görüşündə Sumqayıtda şəhərin eyniadlı komandası AZAL-a qalib gəlib - 2-0.
Çempionatın lideri "Qarabağ" öz meydanında "Neftçi" ilə qüvvələr nisbətinə aydınlıq gətirib. Paytaxt klubu bu mövsüm Ağdam təsmsilçisinə məğlub olmamışdı. Səfərdə rəqibi ilə bərabərə qalan (1:1) "ağ-qaralar" öz meydanında 1:0 hesablı qələbə qazanmışdı. Turun mərkəzi oyunda "Qarabağ" qalib gəlib - 2:0.
15:00.“Sumqayıt” – AZAL 2:0
Qollar: Murad Ağayev 32, Ağabala Ramazanov 35.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mahir Məmmədov
“Kapital Bank Arena”
17:30. “Qarabağ” - “Neftçi” 2-0
Qol: Samuel Armenteros 8, Dani 80.
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov
“Azərsun Arena”
Turnir cədvəli
1 | Qarabağ | 22 | 47 |
2 | Zirə | 21 | 38 |
3 | Qəbələ | 21 | 34 |
4 | İnter | 22 | 34 |
5 | Kəpəz | 22 | 32 |
6 | Neftçi | 22 | 31 |
7 | AZAL | 22 | 26 |
8 | Sumqayıt | 22 | 21 |
9 | Xəzər Lənkəran | 21 | 13 |
10 | Rəvan | 21 | 8 |
* "Rəvan"ın hesabından 6 xal silinib.
Bombardirlər:
Riçard Almeyda (“Qarabağ”) – 8 qol
Ruslan Qurbanov ("Neftçi") - 6 qol
Amil Yunanov ("Sumqayıt") - 6 qol
Aleksey Antonov ("Qəbələ") - 6 qol
Nelson Bonilla ("Zirə") - 6 qol