Baş səhifə
Son xəbərlər

SUPERSPORT.AZ 7 YAŞINDA

DÜNYA MEDİASI SAYTIMIZDAN FAYDALANIR

Bu gün Supersport.Az-ın 7 yaşı tamam olur.

Yarandığı gündən sayt ölkəmizin idman həyatını, həmçinin idmançılarımızın mötəbər yarışlarda uğurlu çıxışını yüksək səviyyədə təqdim edib. 

Supersport.Az Mətbuat Şurasının üzvüdür.

Saytımızın fəaliyyətinin məntiqi nəticəsi olaraq həm respublikamızın, həm də xarici ölkələrin mətbuat orqanları portalımızın məlumatları və videogörüntülərindən faydalanıb. 
 
Supersport.Az-ın internet kanalına 1 milyondan artıq baxış olub. Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediası Supersport.Az-ın videogörüntülərindən istifadə edib. Ölkəmizə faydalı olması üçün hətta videoçəkilişlərimizdən biri UEFA-ya göndərilib.
 
Supersport.Az yaxın gələcəkdə böyük planlar həyata keçirməyə, daha böyük uğurlar əldə etməyə çalışacaq. 
Oxunma sayı: 312