Baş səhifə
Son xəbərlər

GƏNCLƏR TÜRKİYƏDƏKİ TERROR QURBANLARINI YAD ETDİLƏR

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt gənclər və idman idarələri, fəal gənclər, ictimai birliklər və TGT-nın nümayəndələri dünən Ankarada baş vermiş dəhşətli terror aktında dünyasını dəyişmiş insanları yad etmək məqsədilə ölkəmizdəki Türkiyə Respublikasının səfirliyinin qarşısına toplaşıbşlar.

Gənclər səfirliyin önünə gül dəstələri qoyub, ölkələrimizin bayraqlarını dalğalandıraraq terror qurbanlarının xatirəsini yad ediblər. İştirakçılar birlik nümayiş etdirərək terror aktını qətiyyətlə pisləyib, cinayətkarları ən sərt cəzalandırılmasını tələb ediblər.

Azərbaycan erməni terrorundan əziyyət çəkən bir ölkə olaraq terror dəhşətinin nə dini nə də milləti olmadiğini vurğulayıb, bu çətin və ağrılı gündə bütün Azərbaycan gəncliyinin Türkiyənin yanında olduğunu bildiriblər.

 Dünyasını dəyişmiş insanların ailələrinə baş sağlığı verilib, Allahdan rəhmət diləyiblər.

 

Oxunma sayı: 149