Baş səhifə
Son xəbərlər

AFFA MEDİA KOMİTƏSİ QURDU

Bu gün Bakı Olimpiya Stadionunda “AFFA – elektron idman KİV-i: dəyirmi masa” adlı ikinci tədbir keçirilib.

AFFA-nın baş katibi Elxan Məmmədov “Azərbaycan idman mətbuatının inkişaf proqramı”nın icrası üçün təsis olunacaq AFFA-nın Media Komitəsinin əsasnaməsinin hazırlanması məqsədilə irəli sürülmüş əsas tezislər barədə məlumat verib. Baş katib Media Komitəsinin 7 nəfərdən ibarət olmasını, üzvlərin fəaliyyət müddətinin 1 ili əhatə etməsini (təkrar seçilmək hüququnun saxlanması ilə), büdcənin formalaşdırılmasını, idmanla bağlı seminarların, xarici mütəxəssislərin iştirakı ilə master-klassların, təcrübə mübadiləsinin, yazı müsabiqələrinin təşkilini, etik kodeksin hazırlanmasını təklif kimi mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.
 
KİV təmsilçiləri çıxış edərək təkliflərini səsləndiriblər. Sonra Media Komitəsinin 6 nəfərdən ibarət İşçi qrupunun seçilməsi üçün səsvermə keçirilib. Mahir Rüstəmli, Vüqar Zeynalov, İxtiyar Əsgərov, Elçin Cəlilov, Kənan Məstəliyev və İlqar Tağıyev işçi qrupun üzvləri seçilib. Media Komitəsini tərkibi İşçi qrupun əsasında formalaşdırılacaq.
Oxunma sayı: 198