MİLLİNİN MƏŞQÇİLƏRİ"XƏZƏR LƏNKƏRAN"I HƏDƏLƏDİ
Supersport.Az-ın məlumatına görə, "Xəzər Lənkəran" millinin aşağı yaş qruplarındakı məşqçilərini sərt tənqid edib.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu sosial şəbəkələrdən birində bu fikirləri qeyd edib:
"Azərbaycanın aşağı yaş qrupları üzrə millilərinin niyə əsas milliyə futbolçu verə bilməməsi səbəblərindən biri - Yusif Həsənovla İbrahim Qədirzade U-17 yığmasının əsas üzvləridir. Bu iki futbolçudan başqa həmin yaş qrupunda premyer liqada çıxış edən milli üzvü yoxdur. İndiyə qədər bütün toplanışlarda iştirak ediblər. Son bir ayda isə daimi toplanislarin sayı bitib tükənmək bilmir. Qarşıda klubumuzun iki oyununu nəzərə alıb hər iki futbolçunun 23-25 fevral yoxlama oyunlarından azad olunmasını istəmişik. İndi millinin məşqçiləri Təbriz Həsənov başda olmaqla kluba hədə-qorxu gəlirlər ki, o uşaqları birdə milliyə çağırmayacağıq. Adamlar hələ də anlamır ki, bu iki futbolçunun premyer liqada oyunu bunların boş-boş turnir və yoxlama oyunlarından üstündür. Təbriz Həsənov isə gözləsin onun haqda lətifə və ləqəb qoyulan hadisələri mütləq danışacam".