Baş səhifə
Son xəbərlər

ALMAN MÜTƏXƏSSİSDƏN ŞOK TƏKLİF

"0:0 BİTƏN OYUNLARDA XAL VERİLMƏSİN"

 

 

Tanınmış alman mütəxəssis futbol dünyasında bomba effekti yaradan açıqlama verib. 
 
Supersport.Az-ın məlumatına görə, "Bayern" və "Fulhem"in keçmiş baş məşqçisi Feliks Maqat "Sport1" radiosuna bildirib ki, qolsuz oyunlar futbola marağı azaldır, müdafiə futbolunun əleyhinədir:
 
"Futbolda xal sistemi dəyişdirilməlidir. Fikrimcə, 0-0 bitən matçlarda hər iki komandaya xal verilməməlidir. Sadəcə qollu bərabərliklərdə 1, hazırda isə qalib gələn komandaya da 3 xal verilməsi futbolu canlandıracaq, daha çox müdafiədə oynayan komandaların strategiyasını dəyişdirəcək". 
 
Təcrübəli mütəxəssis hesab edir ki, futbola basketbol və buz hokkeyindəki kimi bir pley-off sistemi tətbiq olunmalıdır: 
 
"Play-off sisteminin futbol üçün ən yaxşı, ədalətli olacağını düşünürəm. Oyunçuların zədələri, hakim səhvləri və ya bəsit şəkildə zəif oyun sizi çempionluqdan edir. Pley-off bunun qarşısını alacaq". 
Oxunma sayı: 218