Baş səhifə
Son xəbərlər

UEFA "QALATASARAY"I AVROKUBOKDAN KƏNARLAŞDIRDI

TÜRKİYƏ KLUBU 164 MİLYON ZİYANA DÜŞÜB

UEFA "Qalatasaray"ı Avrokubok yarışlarından 1 illik kənarlaşdırıb. 

Supersport.Az-ın məlumatına görə, bu haqda jurnalistlərə klubun prezidenti Dursun Özbek açıqlama verib.

Qərarın ədalətsiz olduğunu deyən, "Qalatasaray"ın rəhbəri UEFA-nın onlara şans vemədiyini və cəzanın sistemə faydalı olmayacağını bildirib:

"Klub 2012-13-cü il mövsümündə 38, 2013-14 sezonunda 70, 2014-15 sezonunda isə 55 milyon avro zərər edib. Ümumilikdə 164 milyon avro. UEFA-ya bildirdim ki, "Qalatasaray" zərər edib, ancaq borclarını, vergilərini ödəyib. Bu rəhbərliyin cəsarətləndirilməsi üçün cəza verilməməsini, bir qədər də vaxt verilməsini istədim. Bizə 1 illik cəza veriləcək. Bu haqsız qərardır və buna kəskin etirazımızı bildiririk".

Oxunma sayı: 246