Baş səhifə
Son xəbərlər

"XƏZƏR LƏNKƏRAN" İKİ FUTBOLÇUNU QOVDU

ÜÇ FUTBOLÇU TRANSFERƏ ÇIXARILDI

"Xəzər Lənkəran" sərt addım atıb. Supersport.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, klubaxili nizam intizam kodeksini kobud şəkildə pozduğuna görə futbolçular Elvin Mirzəyev və Kazım Kazımlı komandadan uzaqlaşdırılıblar.

Digər üç futbolçu Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə isə transferə çıxarılıb. Əsas komandanın toplanışına baxışa digər klublardan futbolçular dəvət olunub ki, bu haqda əlavə məlumat veriləcək.

"Xəzər Lənkəran", əsas komandası ilə yanaşı bütün aşağı yaş qruplarının məşqlərinin plan üzrə davam etdiyini bəyan edib.

Oxunma sayı: 239