Baş səhifə
Son xəbərlər

İBRAHİM UZUNCA: "FUTBOLÇULARIMIZ SOYUNUB-GEYİNMƏ OTAĞINDA AĞLAYIRLAR"

"Mən demirəm ki, bizim komandaya yardım etsinlər".

Premyer Liqanın XXII turunda “Bakı” “İnter”ə böyük hesabla məğlub oldu. Oyunsonrası mətbuat konfransında “Bakı”nın baş məşqçisi İbrahim Uzunca açıqlama verib: “Çətinliklərimiz var. Erkən buraxdığımız qollar bizi çox çətin vəziyyətə salır. Sadəcə, qol epizodlarında səhvlərimiz var. Gənc oyunçuların yetişməsində bizə hər kəs köməklik etsin. Mən demirəm ki, bizim komandaya yardım etsinlər. Sadəcə, penalti epizodunda bir qədər diqqətli olsunlar. Düşünürəm ki, “İnter”in bizi məğlub etməsi üçün penaltiyə ehtiyacı yoxdur. Biz əziyyət çəkirik. Ardıcıl məğlubiyyətlər futbolçularıma pis təsir edir. Soyunub-geyinmə otağında ağlayırlar”.
Oxunma sayı: 395