Baş səhifə
Son xəbərlər

SXADADZE: "AMMA BİR MƏSƏLƏ DƏ VAR Kİ...""

Premyer Liqanın XXII turunda “Bakı”nı qəbul edən “İnter” 4-0 hesablı qələbə qazandı. Supersport.Az-ın məlumatına görə, oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Sxadadze bunları deyib: “Hər birimiz bilirik ki, “Bakı”nın problemləri var. Biz sərbəst şəkildə oyuna çıxmalı idik. Oyunun əvvəlində qol vura bildik. Futbolçularımın 4 qol vurması məni sevindirir. Amma bir məsələ də var ki, 2 qol vurduqdan sonra oyunçularım ötürmələrdə səhvlər edirdilər. Qarşıda bizim çox çətin oyunlarımız var, qrafik sıxdır”.

Oxunma sayı: 365