Baş səhifə
Son xəbərlər

BAKIDA DÜNYA KUBOKU İLƏ ŞƏKİL ÇƏKDİRMƏK İMKANI

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, saat 21:00-da, Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyunu ilə əlaqədar 2 vacib məlumatı azarkeşlərin diqqətinə çatdırır:
 Azərbaycan – İtaliya: Azarkeşlərin nəzərinə!
-
Oyunun başlanmasına 4 saat qalmış Bakı Olimpiya Stadionuna gələcək azarkeşlər İtaliya Futbol Federasiyası tərəfindən Bakıya gətiriləcək Dünya Kuboku ilə şəkil çəkdirmək imkanı qazanacaqlar.
- Bakı Olimpiya Stadionunun avtomobil dayanacağında cəmi 2500 avtomobilin parklanması üçün yer olduğuna görə, oyuna daha tez gələn azarkeşlər avtomobilini orada saxlaya biləcək və nəqliyyat vasitələrinə dayanacaqda nəzarət olunacaq.
 

Oxunma sayı: 622