Baş səhifə
Son xəbərlər

“AVRO-2020” TÜRKİYƏDƏ KEÇİRİLƏCƏK”

Almanya Futbol Federasiyası baş katibi Volfqanq Nirsbax 2020-ci il il Avropa çempionatının Türkiyədə keçiriləcəyini iddia edib.  
Supersport.Az-ın “Bild” qəzetinə istinadən məlumatına görə, qurum rəsmisi jurnalistlərlə söhbətində üç dəfə bu yarış üçün namizədliyini irəli sürən türklərin qarşıdakı seçimdə istəyinə nail olacağını bildirib. Türkiyə Avro-2016-cı il üçün mübarizədə Fransaya bir səs geri qalmaqla məğlub olmuşdu. Bunu ardından UEFA-nın birinci vitse-prezidenti Şenes Erzik “2020-ci il çempionatının Türkiyəyə veriləcəyini düşünürəm”, deyib.
“Avro-2020” ilə bağlı qərar 2014-cü ilin mayında veriləcək. Alman futbol qurumunun yeni prezidenti seçiləcəyi gözlənilən Volfqanq Nirsbaxın gələn il UEFA İcraiyyə Komitəsinə üzv gətiriləcəyi bildirilir. Bu halda o, “Avro-2020” ilə bağlı səsvermədə iştirak edə biləcək.

Oxunma sayı: 853